Rusiya Federasiyasından idxal edilən dondurulmuş toyuq məhsulunda salmonella aşkarlanıb
17 Aprel 2024 17:52
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Tədbirlər çərçivəsində “Ladess Group” MMC-nin Rusiya Federasiyasından idxal etdiyi "Stavropolskiy Broyler" MMC-nin “Nevinnomısskiy” filialının istehsalı olan ümumi çəkisi 19,2 ton dondurulmuş toyuq filesi məhsulundan Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Aparılan sınaq nəticəsinə əsasən, nümunələrdə salmonella bakteriyası aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq təhlükəli məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib.
Oxşar xəbərlər
İdxal olunmuş dondurulmuş toyuq əti məhsulunda uyğunsuzluq aşkarlanıb
"Halal Food" MMC-nin Gürcüstan Respublikasından idxal etdiyi “Chirina LTD” müəssisəsinin istehsalı olan ümumi çəkisi 5048 kq dondurulmuş toyuq əti məhsulu partiyalarında uyğunsuzluq aşkarlanıb.
AQTA Türkiyənin qida obyektləri üzrə təsdiq sisteminin ekvivalentliyini qismən tanıyıb
Azərbaycan Respublikasının Qida Təhlükəsiziyi Agentliyi tərəfindən Türkiyə Respublikasının qida obyektləri üzrə təsdiq sisteminin ekvivalentliyi qismən tanınıb. Bununla bağlı AQTA qərar qəbul edib.
Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.